ABŞ-də üçtərəfli görüş olub - FOTO
18:44
ABŞ-ın dövlət katibi Entoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, görüş Corc Şults adına Xarici Əlaqələr üzrə Milli Tədris Mərkəzində bağlı qapılar arxasında keçirilib.
Qeyd edək ki, E.Blinken bu gün iki ölkənin xarici işlər nazirləri ilə bağlı qapılar arxasında ikitərəfli görüşlər keçirib.
İyunun 29-dək davam edəcək danışıqların əsas mövzusu sülh sazişidir.
--------
18:00
ABŞ-da dövlət katibi Entoni Blinkenlə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş başlayıb.
Trend-in məlumatına görə, görüş Corc Şults adına Xarici Əlaqələr üzrə Milli Tədris Mərkəzində bağlı qapılar arxasında keçirilir.
Görüşdən sonra Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ilk plenar iclasda iştirak edəcək.
Qeyd edək ki, danışıqlar iyunun 29-dək davam edəcək. Əsas mövzu sülh müqaviləsidir.
--------
09:32
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ görüşünün proqramı məlum olub.
meqale.com Trend-ə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində bağlı qapılar arxasında ikitərəfli görüşlər keçirəcək.
Görüşlərdən sonra Blinken Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində iki ölkənin XİN başçısının birinci plenar iclasında iştirak edəcək.
Qeyd edək ki, danışıqlar iyunun 29-na kimi davam edəcək. Əsas mövzu sülh sazişidir.
meqale.com