44 Azərbaycan komandası beynəlxalq “Challenge”də iştirak edir - “Gimnastika hamı üçün” növü üzrə baş məşqçi

Beynəlxalq "Challenge"də Bakını və ölkənin regionlarını təmsil edən 44 Azərbaycan komandası iştirak edir.

meqale.com Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının "Gimnastika hamı üçün" növü üzrə yığma komandanın baş məşqçisi, Avropa Gimnastikasının "Gimnastika hamı üçün" Texniki Komitəsinin üzvü Ruslan Eyvazov deyib.

"2022-ci ildə Azərbaycanın paytaxtında 24 komandanın iştirak etdiyi "Gimnastika hamı üçün" növü üzrə milli festival təşkil etdik. Bu il Azərbaycanı təmsil edən 44 komanda ilə beynəlxalq "Challenge" keçiririk. Gürcüstan və Litvanın gimnastları da bizə qoşuldular", - deyə o bildirib.

"Gimnastika hamı üçün" növü üzrə baş məşqçi bu tədbiri təşkil etdiklərinə görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Gimnastika Federasiyasına dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Gimnastika hamı üçün" üzrə 1-ci Bakı Beynəlxalq "Challenge" iyunun 17-də və 18-də Azərbaycanın paytaxtında keçirilir.