"3-ün kruqunda" parking yaradıldı - Ən çox rayon taksiləri dayanırdı - FOTO
Paytaxtın Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi ətrafında parkinq yaradılıb.
meqale.com-ın məlumatına görə, körpü infrastrukturu boyu 20 Yanvar dairəsinə doğru M. Cəfərov küçəsində yaradılan parkinqin ödənişli olacağı bildirilir.
Qeyd edək ki, bundan əvvəl 3-cü mikrorayon dairəsi, körpünün alt hissəsində qanunsuz taksi və sərnişin daşıma xidməti göstərən avtomobillər dayanırdı. Daha sonra isə ərazinin ətrafına dəmir məhəccərlər quraşdırılmışdı.