16 yaşlı Nurcanın son görüntüləri - VİDEO

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi ölüm hadisəsi ilə bağlı açıqlama yayıb.

16 yaşlı Nurcanın son görüntüləri - VİDEO
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi ölüm hadisəsi ilə bağlı açıqlama yayıb.

meqale.com xəbər verir ki, ötən gün sığınacaqda baş verən faciəli hadisəyə dair paylaşımda 16 yaşlı Nurcanın son görüntüləri də yayımlanıb.

Açıqlamada bildirilib ki, belə bir hadisə birinci dəfədir baş verir:

"Biz böyük bir itki yaşadıq... Sığınacaqda qalan gənc qız həyatına son qoydu. Hadisədən əvvəl o, doğulduğu rayona qayıtmaq istəyirdi və xalası ilə atasının onu qəbul edəcəyinə ümid edirdi. Xalası onu götürəcəyini dəfələrlə demişdi, lakin nə himayəyə götürmək üçün rəsmi addım atdı, nə də konkret hərəkət etdi. Biz dəfələrlə uşağın vəziyyətini Sosial Xidmətlər Agentliyinə bildirmişdik.

Agentlik uşağın ailəsinə qaytarılması üçün çalışsa da, nə valideynlər, nə də yaxın qohumlar onu yanına götürmədi. Sosial Xidmətlərin əməkdaşı ilə fərdi söhbətlər aparılmışdı, lakin nəticə müsbət olmadı. Onun tək arzusu ailəsinə qovuşmaq idi, amma ən çox onu sarsıdan atasının imtina etməsi oldu. Bu xəbər onun son ümidlərini də əllərindən aldı.

Sığınacaq qapalı bir müəssisə deyil, belə bir hadisənin baş verəcəyini gözləmirdik, amma təhlükənin fərqində idik və bütün müvafiq qurumları məlumatlandırmışdıq. Təəssüf ki, həyatının baharını belə görmədən bu gənc dünyasını dəyişdi. Hadisədən sonra qohumları ondan qalan bəzi əşyaları və geyimləri götürdülər".