Zidan La Liqa klubu ilə anlaşdı
"Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidanın kiçik oğlu Elias Zidan "Real Betis"in futbolçusu olacaq.
meqale.com fanat.az-a istinadən xəbər verir ki, "RMC Sport" bu barədə məlumat yayıb.
Xəbərə görə, çərşənbə günü (yanvarın 10-da) fransız futbolçu atasının müşayiəti ilə yeni klubu üçün tibbi müayinədən keçib.
18 yaşlı müdafiəçi ilə rəsmi müqavilə bu gün (yanvarın 11-də) imzalanacaq.
Elias Real Madrid nəhənginin akademiyasında çıxış edib və o, peşəkar karyerasına "Real Betis"də gənclər komandasında başlayacaq.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun