25 yaşlı gənc dəm qazından öldü

Bakıda daha bir nəfər dəm qazından boğulub.

25 yaşlı gənc dəm qazından öldü
Bakıda daha bir nəfər dəm qazından boğulub.

meqale.com xəbər verir ki, hadisə Yasamal rayonu Süleyman Tağızadə küçəsində baş verib.

2001-ci il təvəllüdlü Rüstəm Şabanli oğlu İsmayılov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.