“Çelsi” öz meydanında "Arsenal"a uduzdu

İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin görüşləri davam edir.

“Çelsi” öz meydanında
İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin görüşləri davam edir.

meqale.com xəbər verir ki, növbəti oyun günündə London derbisi baş tutub. "Arsenal" səfərdə "Çelsi"nin qonağı olub.

Gərgin və məhsuldar keçən qarşılaşmada ümumilikdə beş qol qeydə alınıb. Matç "topçular"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 4-də keçiriləcək.