Zəlzələdən çadırda qorunan qadını və bacısını keçmiş əri GÜLLƏLƏDİ - FOTO
Türkiyədə zəlzələ səbəbilə küçədə yaşayan qadınlar güllələnib.
meqale.com bildirir ki, hadisə İstanbulun Esenyurt qəsəbəsində Mehterçeşme məhəlləsindəki Qazilər parkında baş verib.
6.2 ballıq zəlzələdən sonra Pınar Bakırcı anası və 3 uşağı ilə birgə parkda qurduqları çadırda qalıblar. Onların yanına gələn keçmiş əri Turqut Bakırcı ilə aralarında mübahisə başlayıb. Mübahisə zamanı Turqut üzərindəki odlu silahla Pınarı və baldızı Arzu Kaygusuzu güllələyib.