Vaşinqton Kiyevə 10 illik zəmanət təklif etdi
Trampın 28 bəndlik sülh planına əlavə olaraq ABŞ Ukraynaya təhlükəsizlik zəmanətlərini müəyyən edən ikinci sənəd təqdim edib.
meqale.com xəbər verir ki, "Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə çərçivə sazişi" adlanan sənəd NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanır və üç bənddən ibarətdir.
Birinci bənd Ukraynaya silahlı hücum olacağı halda ABŞ prezidentinə hərbi, kəşfiyyat, logistika, iqtisadi və diplomatik dəstək vermək səlahiyyəti tanıyır. İkinci bəndə görə, Fransa, Böyük Britaniya, Almaniya, Polşa və Finlandiya daxil olmaqla NATO müttəfiqləri ABŞ-la razılaşdırılmış formada hərəkət etməyi öhdələrinə götürür. Üçüncü bənd isə sənədin 10 il müddətinə qüvvədə qalacağını və uzadıla biləcəyini müəyyənləşdirir.