Yeni klubunda ilk seçimini etdi - Tanınmış "Qarabağ"lını gətirdi

Birinci divizion təmsilçisi "İmişli"nin mövsümə yeni baş məşqçi ilə başlayacağını xəbər vermişdik.

Yeni klubunda ilk seçimini etdi - Tanınmış
Birinci divizion təmsilçisi "İmişli"nin mövsümə yeni baş məşqçi ilə başlayacağını xəbər vermişdik.

meqale.com sportinfo.az-a istinadən bildirir ki, bölgə klubu təcrübəli mütəxəssis Əsgər Abdullayevə tapşırılıb.

Hazırda AFFA Məşqçilər Komitəsinin üzvü kimi çalışan Abdullayev yeni iş yerində artıq ilk seçimini də edib.

Azərbaycan milli komandasının sabiq baş məşqçisi öz yetirməsini yanına aparmağa qərar verib.

Söhbət hazırda gənclər millimizdə Samir Əliyevin köməkçisi olan Emin İmaməliyevdən gedir.

O, bir vaxtlar "Şəfa" və Azərbaycan millisində tabeliyində oynadığı məşqçinin köməkçisi olacaq.

42 yaşlı gənc mütəxəssis futbolçu karyerasında "Şəfa" və "Qarabağ"da onamaqla məşhurluq tapıb.