Yanğından sonra taxta BAHALAŞACAQ? - VİDEO

Kimisi yanaraq yararsız hala düşən materialları ərazidən təmizləyir, kimisi də yanğından zədələnməmiş materiallarını bazardan çıxarmağa çalışır.

Yanğından sonra taxta BAHALAŞACAQ? - VİDEO
Kimisi yanaraq yararsız hala düşən materialları ərazidən təmizləyir, kimisi də yanğından zədələnməmiş materiallarını bazardan çıxarmağa çalışır.

meqale.com Xəzər TV-yə istinadən bildirir ki, paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospektindəki inşaat materialları bazarında yanğın zamanı 4 min kvadratmetrə yaxın əraziyə ciddi ziyan dəyib.

Yanğından sonra taxtanın qiymətində isə ucuzlaşmanın olduğu bildirilir. Son günlər sosial şəbəkələrdə bu mövzu da müzakirə edilir.

Çəkiliş apardığımız zaman satıcıların bir qismi yanğın hadisəsindən sonra qiymətlərin endiyini desə də, bir qismi qiymətlərin eyni səviyyədə qaldığını deyir.

Alıcılar da qiymətin əvvəlkinə nisbətən münasib olduğunu deyirlər.

Ekspertlər isə hesab edirlər ki, taxta bazarında  umumiyyətlə yaxın aylarda bahalaşma  gözlənilmir. Qiymətlərdəki enmə isə qısamüddətlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: