Yamal Çempionlar Liqasının tarixinə düşdü
"Barselona" klubunun qanad oyunçusu Lamin Yamal UEFA Çempionlar Liqasında (ÇL) 25 oyuna çıxan ən gənc oyunçu ünvanını əldə edib.
meqale.com oxu.az-a istinadən xəbər verir ki, bu, Yamalın ÇL-nin ümumi mərhələsinin üçüncü turunda "Barselona" - "Olimpiakos" oyununa start heyətdə çıxması ilə mümkün olub.
İspan futbolçu bu nailiyyətə 18 yaş və 100 günündə imza atıb.