XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri açıqlanıb - FOTO

XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib.

XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri açıqlanıb - FOTO
XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib.

Mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev festivalda nümayiş olunan filmlər haqqında danışıb. O bildirib ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyidir:

"Layihəyə verdikləri dəstəyə görə, Mədəniyyət Nazirliyinə, Kino Agentliyinə təşəkkür edirəm. Bizim Kino Agentliyinə ümidlərimiz çoxdur. İnanırıq ki, növbəti illərdə əməkdaşlığımız davam edəcək. Festivalı tanıdan yaxşı filmləri və peşəkar münsiflər heyətidir. Filmlərin seçilməsində münsiflər heyətinin böyük əməyi var. Buna görə münsiflər heyətinə təşəkkür edirəm.

Altı gün boyunca hər gün saat on birdən axşama kimi salonlarımız dolu olub. Düşünürəm ki, növbəti festival bundan da rəngarəng filmlərlə bol olacaq" - deyə o bildirib.

Mədəniyyət nazirinin müşaviri, ARKA sədrinin səlahiyyətlərini icra edən Orxan Fikrətoğlu festivala fəaliyyətində uğurlar arzulayıb və qalibləri təbrik edib.

"Fikir verdinizsə, festivalın qaliblər siyahısında "Şeytan" adlı film də var.  Biz şeytana belə mükafat verməyə hazırıq. Yetər ki, sənət olsun, sənət yaşasın. Bu gün burada ARKA işçilərindən  mükafat alanlar var. Düşünürəm ki, bu məqam ARKA-nın hansı tərkibdə formalaşması və fəaliyyətinə dair çox şey deyir.  Kinomatoqrafiya elə bir sahədir ki, burada müxtəlif baxış bucaqları mövcuddur. Biz Mədəniyyət Nazirliyi, Kino Agentliyi heç bir baxış bucağını redaktə etməkdə maraqlı deyilik. Qəbul olunmuş kino kriteriyaları çərçivəsində ərsəyə gələn ekran əsərlərinə dəstək olmaqda maraqlıyıq" - deyə Orxan Fikrətoğlu bildirib.

Daha sonra qaliblər nominasiyalar üzrə "Qızıl nar" mükafatı və xüsusi diplomlarla təltif olunublar.

14-cü  Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri

Beynəlxalq müsabiqə

"Ən yaxşı animasiya filmi rejissoru" - Rejissorlar Sedrik Ayqat  və  Devid Ven de Ueyer "Cadugər- pəri" animasiya filmi. Belçika-Bolqarıstan.  

"Ən yaxşı animasiya" - "Fabuladakı canavar" animasiya filmi. Rejissorlar  Vuk Palibrk və Tanja Brzakovic. Serbiya.  (Qızıl Nar)

"Münsiflər heyətinin xüsusi qeydi" - "Hədis" animasiya filmi. Rejissor Nəzrin Ağamalıyeva. Azərbaycan-ABŞ-Çexiya istehsalı.  

"Münsiflər heyətinin xüsusi qeydi" -  "Raket start meydançasında olanda" sənədli filmi. Rejissor Bahau Liu. Çin-ABŞ istehsalı.

"Münsiflər heyətinin xüsusi qeydi" - "Divar" filmi. Rejissor Evrim İnci. Türkiyə.

"Ən yaxşı sənədli film rejissoru" -  Rejissor İman Behruzi . "Üç bacı" filmi. İran. 

"Ən yaxşı sənədli film" - "Qalina Petrovna" filmi. Rejissor Nikita Lovetski. Qırğızıstan.  (Qızıl Nar)

"Münsiflər heyətinin xüsusi mükafatı" - "Teruel ətrafında" bədii filmi. Rejissor Manuel Omonte. İspaniya.

"Münsiflər heyətinin xüsusi qeydi"  - "Aykuo" bədii filminə verilir. Rejissor: Ayal Adamov. Rusiya.

"Münsiflər heyətinin xüsusi qeydi"- "Bir az sevgi" filmi. Rejissor Aycan Qasımbəy. Qazaxıstan.

"Ən yaxşı montaj"- "Dava haqqında əsl həqiqət" filmi. Rejissor: Andrea Slaviçek. Xorvatiya-İspaniya.

"Ən yaxşı ssenari"- "Şeytan" filmi. Rejissor Yan Buynovski. Polşa.

"Ən yaxşı rejissor" - Rejissor Kövsər Yunis. "Rəfiqəm" filmi. Misir. 

"Ən yaxşı bədii film" - "Heç biri". Rejissor Patrisio Martines və Fransisko Kanton. Argentina.  (Qızıl Nar)

"Asiya istedadları"

"Ən yaxşı ssenari" - "Toy mahnısı" filmi. Rejissor Ədalət Ömərov. Qırğızıstan.

"Ən yaxşı rejissor" - Rejissor Erinç Durlanık. "Satıcının bir günü" filmi. Türkiyə.

"Ən yaxşı film" - "Haçalanmış uclar". Rejissor Əlirza Kazemipur. İran.

Yerli müsabiqə

"Cinemobil" - Saatsaz - Rejissor: Hüseynağa Aslanov

"Azərbaycanfilm" kinostudiyasının mükafatı- "Birlikdə, tək" - Rejissor: Kasım Ordek

Azərbaycan Prodüserlər Gildiyasının "Ən yaxşı prodüser " diplomu- Emil Nəcəfov

"Münsiflər heyətinin diplom" - Arxa cəbhə - Rejissor: Gülay Babayeva

"Ən yaxşı tələbə filmi" - Pianist - Rejissor: Məmmədəmin Əlizadə

"Ən yaxşı sosial çarx" - Xocalı - Rejissor: Vüsal Həmdullayev

"Ən yaxşı sənədli film" - Sabahın xeyir, Sübh anası - Rejissor: Kürçaylı Məmmədov  (Qızıl Nar)

"Ən yaxşı rejissor" - Nəfəs - Rejissor: Elmar Bayramov

"Ən yaxşı ssenari" - Qütb ulduzu / Ssenaristlər:  Şirin Əhmədov, Elmar Farzali

"Ən yaxşı bədii film" - Salam İsa - Rejissor: Səməd Ağayev (Qızıl Nar)