Xalq artisti Baş nazirə müraciət etdi: "Ciddi təhlükə yaranıb"

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Baş nazir Əli Əsədova müraciət ünvanlayıb.

Xalq artisti Baş nazirə müraciət etdi:
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Baş nazir Əli Əsədova müraciət ünvanlayıb.

meqale.com xəbər verir ki, Rasim Balayev xatırladıb ki, Azərbaycan Kinematoqrafçılar İttifaqın 26.09.2024 tarixli iclasında uşaq kinosunun durumu da müzakirəyə səbəb olub.

"Şuşanı, Laçını , Kəlbəcəri görməyən, amma onun azad olması üçün canından keçən gənc nəslin milli ruhda formalaşmasında kinomuzun da rolu böyükdür. Amma bu sahədə əldə etdiyimiz uğurlara ciddi təhlükə yaranıb. Belə ki, uşaq və yeniyetmələrə ünvanlanmış filmlərin sayı yox dərəcəsindədir: son otuz ildə bu istiqamətdə dövlət dəstəyilə cəmi beş tammetrajlı bədii film çəkilib. Bu müddət ərzində çəkilən animasiya filmlərinin sayı isə orta hesabla ilə bir film təşkil edir. Bununla yanaşı, uşaq və yeniyetmələrin Azərbaycan kinosunun Qızıl fonduna daxil olan filmləri ilə tanışlığı da aşağı səviyyədədir. Bunun nəticəsində yeni nəslin, yad dəyərlərin daşıyıcısı olan, xarici dillərdə çəkilmiş filmlərdən asılılığı artır, milli ruha yad, ana dilini, tarixini kamil bilməyən nəsil formalaşması təhlükəsi yaranır. Sosial şəbəkələrin neqativ rolu bu prosesi daha da gücləndirir. Bu tendensiyanın qarşısının alınması üçün uşaq və yeniyetmələrə ünvanlanmış, onları ədəbiyyatı, tarixi və qəhrəmanları ilə tanış edən filmlərin çəkilməsi, onların uşaq və məktəblilər arasında təbliğ edilməsi tələb olunur. Bu məsələdə dövlətimizin təhsil və kino siyasətini həyata keçirən aidiyyəti qurumların birgə işinin təşkil edilməsi məqsədilə, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti "Uşaq kinosunun inkişafı" Dövlət Proqramının qəbul edilməsini vacib sayır".

AKİ sədri Dövlət Proqramının qəbul edilməsini vacib edən arqumentləri sadalayaraq, uşaq və yeniyetmələrə ünvanlanmış filmləri çəkən studiyanın yaradılmasını, animasiya filmlərinin istehsalının dəstəklənməsini təklif edir: