Verilişinə köhnə sevgilisini çağırdı
Türkiyəli məşhur fenomen Danla Bilic keçən il ayrıldığı sevgilisi reper Emirhan Çakalı yutubda yayımlanan verilişinə dəvət edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, reper səmimi açıqlamalar verib və Danla Biliçin dostlarından birini sevmədiyini etiraf edib.
O keçmiş sevgilisinə üz tutaraq ayrılıq səbəbini soruşub:
"Niyə ayrıldıq, Danla? Ətrafında sevmədiyim tək bir insan var. Və sən onu çox yaxşı tanıyırsan".
Onun adını çəkdiyi şəxsin kimliyi səsə qoyulan senzura səbəbilə eşidilməsə də, daha sonra görüntüdə "Cemal" adını dediyi izləyicilərin diqqətindən yayınmayıb.
Məlum olub ki, söhbət "Survivor" çempionu Cemal Can Cansevendən gedir.