Edis azərbaycanlı idmançını paylaşdı - FOTO
Türkiyənin məşhur müğənnisi Edis Azərbaycanın idman uğuruna dəstək göstərərək sosial şəbəkədə paylaşım edib.
meqale.com xəbər verir ki, 2025 Dünya Oyunlarında idmançımız Tofiq Əliyev dünya arenasında ilk dəfə "full-full-full" elementini yerinə yetirərək dünya çempionu adını qazanıb və tarixə düşüb.
Edis həmin anlara aid görüntüləri öz Instagram hesabında Azərbaycan bayrağı və ürək emojisi ilə paylaşaraq idmançımızın qələbəsinə sevincini ifadə edib.