Ukrayna bütün ordunu hücuma göndərməyib
Ukrayna hələ bütün qüvvələrini əks-hücuma göndərməyib, konflikt hələ uzun aylar davam edə bilər.
meqale.com Axar.az-a istinadən bildirir ki, bu barədə NBC məlumat yayıb.
"Ukrayna hələ öz qoşunlarını bütünlüklə əks-hücuma göndərməyib. Bu o deməkdir ki, Ukrayna hərbçilərinin sayı əks-hücumun sonuna qədər artacaq", - deyə bildirilib.