İndi də NATO-nun nizamnaməsini yandırmaq istəyir - Əvvəl Quranı yandırmışdı

Quranı yandıraraq aksiya keçirən 29 yaşlı İsveç vətəndaşı Lukas yenidən gündəmə gəlib.  

İndi də NATO-nun nizamnaməsini yandırmaq istəyir - Əvvəl Quranı yandırmışdı
Quranı yandıraraq aksiya keçirən 29 yaşlı İsveç vətəndaşı Lukas yenidən gündəmə gəlib.  

meqale.com "qafqazinfo"ya istinadən xəbər verir ki, o, indi də NATO-nun nizamnaməsini yandırmaq niyyətindədir.

Lukasın sözlərinə görə, aksiya iyulun 12-nə təyin edilib.

O bildirib ki, Türkiyənin Şimali Atlantika Alyansına qoşulmaq üçün İsveçin müraciətini ratifikasiya etməyə razılıq verməsindən sonra bu qərara gəlib.