ABŞ Ukraynaya birbaşa maliyyə dəstəyini dayandırdı
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib ki, Vaşinqton artıq Ukraynanın birbaşa maliyyələşdirilməsini dayandırıb.
meqale.com xəbər verir ki, Trampın sözlərinə görə, bundan sonra Kiyevə silah və digər dəstək NATO kanalları vasitəsilə təmin ediləcək.
ABŞ lideri həmçinin vurğulayıb ki, onun səyləri sayəsində Ukraynadakı münaqişənin qlobal miqyasda dünya müharibəsinə çevrilməsinin qarşısı alınır.