UEFA ötən mövsümün ən yaxşı futbolçusunu açıqlayıb

İngiltərənin "Mançester Siti" klubunun norveçli hücumçusu Erlinq Haaland Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) tərəfindən 2022/2023-cü illər mövsümünün ən yaxşı oyunçusu seçilib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, mövsümün ən yaxşı oyunçusunun seçilməsi mərasimi Monakoda baş tutub.

Erlinq Haaland 2022/2023-cü illər mövsümündə "Mançester Siti" ilə birlikdə çempionluq və İngiltərə Kubokunu qazanıb, həmçinin Çempionlar Liqasının qalibi olub.