Türkiyənin Portuqaliyadakı səfiri vəfat edib

Türkiyənin Portuqaliyadakı səfiri Murat Karagöz vəfat edib.

Türkiyənin Portuqaliyadakı səfiri vəfat edib
Türkiyənin Portuqaliyadakı səfiri Murat Karagöz vəfat edib.

meqale.com Trend-ə istinadən bildirir ki, Muğlanın Fəthiyə mahalının Faralya körfəzində dənizə girən Murat Karagöz çimərkən infarkt keçirib.

Murat Karagöz təcili yardımla Fəthiyədə xəstəxanaya aparılıb.

Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq, səfir həyatını itirib.