Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə dəfn olundu

Türkiyədə yol qəzasında həlak olan azərbaycanlı jurnalist Emin İbrahimovun cənazəsi Bakıya gətirilib.

Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə dəfn olundu
Türkiyədə yol qəzasında həlak olan azərbaycanlı jurnalist Emin İbrahimovun cənazəsi Bakıya gətirilib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Emin İbrahimov bu gün Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimdə mərhumun ailə üzvləri, dostları və həmkarları iştirak ediblər.

Qeyd edək ki, 44 yaşında vəfat edən jurnalist "Euronews" telekanalında fəaliyyət göstərirdi.