Türkiyə Superkubokunun finalında “Qalatasaray”la “Fənərbaxça” qarşılaşacaq

Bu gün futbol üzrə Türkiyə Superkubokunda yarımfinal mərhələsinin digər qarşılaşması keçirilib.

Türkiyə Superkubokunun finalında “Qalatasaray”la “Fənərbaxça” qarşılaşacaq
Bu gün futbol üzrə Türkiyə Superkubokunda yarımfinal mərhələsinin digər qarşılaşması keçirilib.

meqale.com xəbər verir ki, finala vəsiqə uğrunda "Fənərbaxça" "Samsunspor"la üz-üzə gəlib.

Görüş Yeni Adana Stadionunda baş tutub və Bakı vaxtı ilə saat 21:30-da start götürüb.

Kerem Aktürkoğlu və Con Duranın vurduğu qollar sayəsində "sarı-lacivərdlilər" rəqibini 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib. "Fənərbaxça" həlledici görüşdə "Qalatasaray"la qarşılaşacaq.

Xatırladaq ki, yarımfinal mərhələsinin ötən gün keçirilən ilk oyununda "sarı-qırmızılılar" "Trabzonspor"u 4:1 hesabı ilə məğlub edərək finala adlayıblar.