Türkiyə millisinin heyətində ciddi İTKİLƏR
DÇ-2026-nın seçmə mərhələsində səfərdə İspaniya ilə qarşılaşmağa hazırlaşan Türkiyə millisinin heyətində son dəqiqə dəyişiklikləri baş verib.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kaan Ayhan, Aral Şimşir, Abdülkerim Bardakcı və Kerem Aktürkoğlu zədələndikləri üçün millinin heyətindən kənarlaşdırılıblar.
Bununla yanaşı, cəzalı olduğu üçün İsmail Yüksek də komandanı tərk edib. Boşalan yerlərdən birinə isə "Qalatasaray" klubunda çıxış edən Ahmed Kutucu dəvət olunub.
Xatırladaq ki, İspaniya - Türkiyə oyunu noyabrın 18-i Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.