Türkiyə bu gündən gəmilərin boğazlardan tranziti üçün rüsumları artırır
Türkiyə bu gündən ticarət gəmilərinin Bosfor və Çanaqqala boğazlarından tranziti üçün rüsumları 4,42 ABŞ dollarına artırır.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin nəqliyyat və infrastruktur naziri Abdülqadir Uraloğlu bildirib.
Keçən ilin oktyabrından gəmilərin boğazlardan keçməsinə görə ödənişlər xalis tonaj üçün 4,08 ABŞ dolları təşkil edib.
"1983-cü ildən xarici gəmilər üçün xalis ödəniş 0,8063 dollar təşkil edirdi. 7 oktyabr 2022-ci ildə biz onu 4,08 dollara qaldırdıq və indi 2023-cü il iyulun 1-dən 4,42 dollar olacaq. Prezidentin sərəncamı əsasında tariflərə hər il yenidən baxılacaq", - deyə Abdülqadir Uraloğlu bildirib.