Toral Bayramov Fransa ilə oyunda millinin heyətindən çıxarıldı - SƏBƏB
"Qarabağ"ın futbolçusu Toral Bayramov Azərbaycan millisinin heyətindən çıxarılıb.
meqale.com xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, buna səbəb futbolçunun zədələnməsi olub.
Xatırladaq ki, daha əvvəl "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev yüksək bədən temperaturu səbəbindən heyətdən çıxarılıb.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika stadionunda Fransa yığması ilə qarşılaşacaq.