“Threads” tarixdə ən sürətlə inkişaf edən proqram oldu

"Instagram"ın "Twitter"ə rəqib olmaq üçün başlatdığı yeni sosial şəbəkə "Threads", bir neçə saat ərzində tarixin ən sürətlə böyüyən tətbiqi olub.

“Threads” tarixdə ən sürətlə inkişaf edən proqram oldu
"Instagram"ın "Twitter"ə rəqib olmaq üçün başlatdığı yeni sosial şəbəkə "Threads", bir neçə saat ərzində tarixin ən sürətlə böyüyən tətbiqi olub.

meqale.com Trend-ə istinadən xəbər verir ki, "Meta"nın rəhbəri Mark Zukerberq "Threads" hesabında "Threads"in cəmi 7 saat ərzində 10 milyon istifadəçiyə çatdığını açıqlayıb. Bu, "Threads"ı tarixdə ən sürətlə böyüyən istehlakçı proqramı edib.

Bir neçə ay əvvəl bu başlıq "ChatGPT"ə məxsus idi. Süni intellektli chatbot "ChatGPT" 2 ay ərzində 100 milyon istifadəçiyə çataraq ən sürətlə böyüyən tətbiq olub.

"ChatGPT"nin 10 milyon istifadəçiyə çatması 40 gün çəkib. "Instagram" isə 2 ay yarım ərzində 1 milyon istifadəçiyə çata bilib.