Tərtərdə dolu kənd təsərrüfatına ciddi ziyan vurdu - VİDEO
Tərtər rayonunda yağan dolu kənd təsərrüfatı sahələrinə ciddi ziyan vurub.
meqale.com xəbər verir ki, Kəbirli, Xoruzlu və Bayandur kəndlərinə yağan dolu nəticəsində kənd sakinlərinə məxsus günəbaxan, dənli və yem bitkiləri əkilmiş sahələr, eləcə də meyvə bağları zərər görüb.
Hazırda təbii fəlakətin vurduğu ziyanın dəqiq miqdarı müəyyənləşdirilməyib.