Təcili yardım maşınının iştirakı ilə qəza - Xəsarət alanlar var
Hacıqabulda təcili tibbi yardım maşını ilə minik avtomobili toquşub, yaralananlar var.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvai kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.
Təcili tibbi yardım avtomibili "VAZ 21015" markalı avtomobillə toqquşub.
Nəticədə dörd nəfər müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.