Tanınmış müğənni səhnədə mahnı oxuduğu yerdə qusdu - VİDEO
Böyük Britaniyada tanınmış müğənni 24 yaşlı Lola Yunq konsert zamanı qusub.
meqale.com xarici mediaya istinadla bildirir ki, hadisə müğənninin "Coachella" musiqi festivalında çıxışı zamanı baş verib.
Yunq bu anları özünün İnstagram səhifəsində gülərək paylaşıb və həmin an xəstə olduğunu qeyd edib:
"Xəstə idim, 40 dərəcə temperaturda səhnədə çıxış edirdim. İstəməzdim belə olsun, bu heç xoş olmadı. İfanı dayandırsam da, yenidən səhnəyə qayıtdım və konserti sonadək davam etdim".