Tanınmış dondurma markasında təhlükəli bakteriyalar aşkarlandı

Türkiyənin yerli dondurma markalarından birinin analizlərində insan sağlamlığı üçün təhlükə yaradan nəcis bakteriyası olduğu iddia edilib. Mütəxəssislər hesab edirlər ki, məhsullarda aşkar olunan mikroorqanizmlər arasında nəcis bakteriyaları var.

meqale.com xəbər verir ki, müstəqil laboratoriya analizləri "Alpedo" dondurma brendinin məhsullarında "Salmonella", "E. coli", "Listeria monocytogenes", "coliform" bakteriyalar və "Staphylococcus aureus" aşkar edib.

Mütəxəssislər bildirib ki, bu bakteriyalar qida təhlükəsizliyi üçün ciddi təhlükə yaradır.

Salmonella qızdırma, qusma və qarın ağrısı kimi əlamətlərlə qida zəhərlənməsinə səbəb olan təhlükəli bakteriyadır. E. coli adətən nəcislə çirklənmə yolu ilə baş verir və ciddi bağırsaq infeksiyalarına səbəb ola bilər.

"Listeria monocytogenes" xüsusilə hamilə qadınlar və körpələr üçün ölümcül nəticələrə səbəb ola bilən mikroorqanizmdir.

Koliform bakteriyalar istehsalda istifadə olunan suyun və ya avadanlıqların çirklənmiş ola biləcəyini göstərir.

Bu məhsullar dərhal bazardan yığışdırılmalıdır. Qida qaydalarına görə, belə olan halda satışı qadağan edilməli, istehsalat obyektinə baxış keçirilməli, məsul şəxslər barəsində qanuni tədbirlər görülməlidir. Risk xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlılar üçün yüksəkdir.