Suriyada Türkiyənin bazasına hücum olub, yaralılar var

Suriyanın PKK/YPG təşkilatının nəzarətindəki Tel-Rıfatın ətrafından terrorçular tərəfindən axşam saatlarında Dabık bölgəsindəki Türkiyə Silahlı Qüvvələrinin (TSQ) yerləşdiyi əraziyə reaktiv yaylım atəş sistemi vasitəsilə hücum edilib.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

Bildirilib ki, hadisədə 5 özəl hərəkat polisi və 3 hərbçi yaralanıb. Yaralılar Türkiyənin Qaziantep və Kilis şəhərlərinə təxliyə olunublar.

TSQ terrorçuları haubitsa və raket buraxıcı qurğularla cavab atəşinə tutub.