Sumqayıtda əvvəllər məhkum olunan şəxs canına qıydı

Sumqayıtda əvvəllər məhkum olunan şəxs anası ilə mübahisə etdikdən sonra özünü yandırıb

Sumqayıtda əvvəllər məhkum olunan şəxs canına qıydı
Sumqayıtda əvvəllər məhkum olunan şəxs anası ilə mübahisə etdikdən sonra özünü yandırıb

Sumqayıt şəhərində 1981-ci il təvəllüdlü Mahmudov Elşən Babagül oğlunun gecə saatlarında intihara cəhd etməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən meqale.com-a bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin 128, 180, 296-cı maddələri məhkum olunan şəxs ailə üzvləri ilə yaşadığı evdə anası ilə mübahisə etdikdən sonra polis bölməsinin inzibati binasının yanında üzərinə yandırıcı maddə tökərək özünü yandırıb. O dərhal xəstəxanaya çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq səhər saatlarında xəstəxanda ölüb.

E.Mahmudovun polis orqanlarına hər hansı müraciəti olmayıb.

Araşdırma aparılır.