Süleyman Qasımova SOCAR-da yüksək vəzifə verildi
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsində çalışmış Süleyman Qasımova yüksək vəzifə verilib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, o, SOCAR prezidenti Rövşən Nəcəfovun iqtisadi məsələlər üzrə müşaviri təyin edilib.
Xatırladaq ki, Süleyman Qasımov 2006-cı ildən Azərbaycan Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti vəzifəsində çalışıb.