Smartfon adapteri ev yandırdı
İngiltərə sakini evindəki yanğının "iPhone"un şarj cihazı ucbatından baş verdiyini bildirib.
meqale.com oxuya istinadən bildirir ki, Emma Flaherti qızları ilə evdə olarkən ikinci mərtəbədən tüstü qoxusunu hiss edib. O, yataq otağına qaçıb, çarpayı və yastığın yandığını görüb. Yanğın tez bir zamanda bütün otağı bürüyüb. Buna görə də britaniyalı uşaqları götürərək küçəyə qaçıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər bir saat ərzində alovu söndürüblər. Daha sonra onlar Emmaya bildiriblər ki, yanğına səbəb smartfonun adapteri olub.