"Sevincimi sözlərlə ifadə edə bilmirəm"
Füzuliyə qayıtmağımı böyük həsrətlə gözləyirdim.
Bunu Trend-ə açıqlamasında Füzuli sakini Sərxanov Zaməddin deyib.
"Bu günü yaşadığım üçün cənab Prezident İlham Əliyevə və ordumuza minnətdaram. Mənim üçün çox gözəl bir gündür. Mənə yuxu kimi gəlir. Sevincimi sözlərlə ifadə edə bilmirəm. Füzuli mənim aldığım nəfəsdir. Vətəni sevmək imandandır",-deyə o qeyd edib.