Sevgilisi Durovu belə "ovsunlayıbmış" - FOTO
"Telegram"ın yaradıcısı Pavel Durovun sevgilisi Yuliya Vavilova izləyicilərinə milyarderi həyatlarına necə cəlb edə biləcəkləri ilə bağlı tövsiyə verib.
meqale.com-ın məlumatına görə, onun sözlərini rusiyalı bloqer Mariya Poqrebnyak şəxsi bloqunda paylaşıb.
"Cavab hər zaman eynidir - özünə fokuslanmaq. İnkişaf etmək, böyümək və həyatı elə bir şəkildə qurmaq lazımdır ki, sevgi bu həyatın sadəcə gözəl bir əlavəsi olsun, problemlərin həlli yox", - deyə Vavilova bildirib.
25 yaşlı Yuliya Vavilova ingilis, ispan və ərəb dillərindən tərcüməçidir. Onun 40 yaşlı Pavel Durovla münasibətləri iki ilə yaxındır davam edir. Vavilova həmçinin 2024-cü ilin avqustunda Durovun Fransada həbs olunması zamanı onun yanında olub.