Selektiv abortlar baş alıb gedir - Komitə sədri
Selektiv abortlar baş alıb gedir. Bu, qanunla qadağandır. Buna riayət etmək lazımdır.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda ictimai dinləmədə deyib.
"Azərbaycanda müasir tibbi avadanlıqlar var ki, hamilə vaxtı ən xırda patologiyanı belə aşkara çıxarır. Selektiv abortların qarşısının alınması üçün maarifləndirmə işləri gücləndirilməlidir", - deyə o əlavə edib.