Şəhriyar və Teymur reytinqdə gerilədi

FİDE şahmatçıların yeni reytinq siyahısını açıqlayıb. 

Şəhriyar və Teymur reytinqdə gerilədi
FİDE şahmatçıların yeni reytinq siyahısını açıqlayıb. 

meqale.com xəbər verir ki, Şəhriyar Məmmədyarov (2748) 13-cü pillədə qərarlaşıb. O, sıralamada iki pillə geriləyib. 

Ötən ayla müqayisədə 4 pillə geriləyən Teymur Rəcəbov (2692) isə 39-cudur. 

Rauf Məmmədovun (2657) da reytinqi aşağı düşüb. Ötən ay 67-ci olan qrossmeyster hazırda 69-cudur. 

Kişilərin reytinq cədvəlinə Maqnus Karlsen (Norveç, 2837) başçılıq edir.