Qarajda olan avtomobilə cərimə necə yazılıb?

Paytaxt sakini Naiq Rzayevin başına qəribə hadisə gəlib. 

Qarajda olan avtomobilə cərimə necə yazılıb?
Paytaxt sakini Naiq Rzayevin başına qəribə hadisə gəlib. 

meqale.com xəbər verir ki, o, idarə etmədiyi avtomobilə görə adına cərimə gəlib.

Sürücü iddia edir ki, 2 aya yaxındır avtomobil sürmür.

Bəs bu cərimə necə gələ bilər? 

Sualımıza cavab olaraq DYP-dən bildirildi ki, yol verilən qayda pozuntusu foto və videoqeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməkliyi ilə aşkar edilərkən texniki xəta səbəbindən şəxs barəsində yanlış elektron qərar çıxardılıb. Məsələ tərəfimizdən araşdırılaraq texniki xəta aradan qaldırılıb. Yəni, vətəndaşın adına yazılan cərimə silindi.