Saxta araqlar satan mağaza aşkarlandı - FOTO

Şəmkir şəhərində aparılan yoxlama zamanı satışda külli miqdarda saxta araq müəyyən edilib.

Saxta araqlar satan mağaza aşkarlandı - FOTO
Şəmkir şəhərində aparılan yoxlama zamanı satışda külli miqdarda saxta araq müəyyən edilib.

meqale.com xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, mağazadan ümumi həcmi yüz iyirmi yeddi tam onda altı litr olan iki yüz üç ədəd şübhəli içki götürülüb.

Agentliyin əməkdaşları tərəfindən aparılan araşdırma texniki normativ tələblərin pozulduğunu göstərib. Mağazada Belaya, Organic Ultra, Organic Brand, Organic Free, Organic Ekskluziv, Oscar, Sobranie, Ağsu, İCE, Organic və Moskovskiy adı ilə satılan içkilərin saxta olduğu müəyyən edilib. Məhsulların sənədlərinin təqdim edilmədiyi və etiket məlumatlarının düzgün göstərilmədiyi də məlum olub.

Aşkarlanan saxta məhsullar satışdan çıxarılıb və onların nümunələri laborator müayinəyə göndərilib. Sahibkar barəsində inzibati protokol tərtib edilib. Fakt üzrə materialların hüquq mühafizə orqanlarına təqdim olunması nəzərdə tutulur.