Sarkisyanın müavininə yeni cinayət işi açıldı
Ermənistan Respublikaçılar Partiyasının sədr müavini, sabiq təhsil və elm naziri Armen Aşotyan və onun partiya yoldaşlarına qarşı yeni cinayət işi açılıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumatında qeyd edilib ki, cinayət işinin materiallarına əsasən, onlar əvvəlcədən razılaşaraq və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məktəb binasının digər şəxslər tərəfindən özəlləşdirilməsi üçün yardım ediblər.
Xatırladaq ki, Təhsil naziri olarkən tibb universiteti üçün satınalmalar zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunduğu üçün 16 iyunda 2 ay müddətinə həbs edilən Aşotyan Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın müavini olub.