Şahruddin “Qarabağ”dan gedir

Superliqa komandalarından olan "Adana Dəmirspor" Azərbaycan komandalarından "Qarabağ"da çıxış edən 29 yaşlı qapıçı Şahruddin Məhəmmədəliyevi heyətinə qatmağa hazırlaşır.

Şahruddin “Qarabağ”dan gedir
Superliqa komandalarından olan "Adana Dəmirspor" Azərbaycan komandalarından "Qarabağ"da çıxış edən 29 yaşlı qapıçı Şahruddin Məhəmmədəliyevi heyətinə qatmağa hazırlaşır.

meqale.com İdman.biz-ə istinadən xəbər verir ki, bu haqda Türkiyənin "Fanatik" nəşri yazıb.

"Transfer dövrünün bağlanmasına az qalmış "Adana Dəmirspor" işlərini davam etdirir. Klub Azərbaycan millisinin və "Qarabağ"ın 29 yaşlı qapıçısı Şahruddin Məhəmmədəliyevlə 2+1 illik razılığa gəlib", - yazıda qeyd olunub.

Nəşr qeyd edib ki, Ş.Məhəmmədəliyev yeni komandasına azad agent kimi keçəcək və yerli statusda çıxış edəcək.