Sabah Culfada üç saat işıq olmayacaq

Sabah Culfa şəhərində elektrik enerjisinin verilişində üç saatlıq fasilə olacaq.

Sabah Culfada üç saat işıq olmayacaq
Sabah Culfa şəhərində elektrik enerjisinin verilişində üç saatlıq fasilə olacaq.

meqale.com xəbər verir ki, Culfa 132/110/35/10 kV-luq yarımstansiyadan qidalanan 6 №-li (Neftibaza-FHN) və 7 №-li (Şəhər) hava xətlərində təmir işlərinin aparılması və yeni yarımstansiyaya qoşulması ilə əlaqədar dekabrın 18-də saat 10:00-dan 13:00-dək Culfa şəhərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra elektrik təchizatı bərpa ediləcək.