Rusiyada zavodun işçiləri səhvən milyonçu oldular
Rusiyanın Çelyabinsk vilayətində adı açıqlanmayan müəssisənin işçiləri mühasibat səhvinə görə milyonçu olublar.
meqale.com oxuya istinadən xəbər verir ki, işçilərdən biri dekabr ayının maaşı əvəzinə kartında almalı olduğu 50 min rubldan (təxminən 837 manat - red.) 100 dəfə artıq pul alıb və bu, yeganə belə hadisə deyil.
"Bəzilərinə beş milyon, digərlərinə isə səkkiz milyon rubl pul köçürülüb. İşçilərin sevincinin həddi-hüdudu yox idi", - deyə jurnalistlər zavoddakı ab-havadan yazıblar.