Rusiya üçün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin sabit olması vacibdir - Zaxarova
Rusiya üçün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin sabit olması vacibdir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
"Müqavilə sabit olmalıdır. O, Azərbaycan və Ermənistan arasında maraqlar tarazlığını təmin etməlidir. Buna Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin yol xəritəsinin ardıcıl həyata keçirilməsi əsasında nail olmaq olar. Bu yol xəritəsi Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar toplusudur", - deyə o bildirib.
meqale.com