Röya Aygün Bəyləri məhkəməyə verməsindən danışdı - "Paxıldır"

Xalq artisti Röya Ayxan Əməkdar artist Aygün Bəyləri məhkəməyə verməsindən danışıb. 

Röya Aygün Bəyləri məhkəməyə verməsindən danışdı -
Xalq artisti Röya Ayxan Əməkdar artist Aygün Bəyləri məhkəməyə verməsindən danışıb. 

meqale.com axşam.az-a istinadən bildirir ki, müğənni bu haqda "Elgizlə izlə" proqramında bəhs edib. O bildirib ki, xanəndəni məhkəməyə verib və daha sonra bunu unudub:

"Bir gün xəbər gəldi ki, apellyasiya məhkəməsinə müraciət etməlisiniz? Dedim, kimi? Söylədim ki, ərizəni cırıb tullayın. Verilişə çıxıb danışmazdan bir neçə gün əvvəl onu dostumuzun evinə çağırtdırdım. Dedim, nə problemimiz var? Qayıtdı ki, aramızda nə problem var? cavab verdi ki, toyda məni görüb və "salam" verməmisən. Qalxdım ayağa və dedim, yüz dəfə üzr istəyirəm. Aradan bir həftə keçdi, çıxıb proqramda danışdı. Problem balaca qəlbin içində küsmək yox, qara nöqtədir. O da paxıllıqdan irəli gəlir. Allah hər kəsi paxıllıqdan hifz etsin".