RİA Novosti-nin müxbiri Ukraynada müharibə zonasında öldü

Rusiyanın RİA Novosti agentliyinin hərbi müxbiri Rostislav Juravlev Ukraynada müharibə zonasında öldürülüb.

RİA Novosti-nin müxbiri Ukraynada müharibə zonasında öldü
Rusiyanın RİA Novosti agentliyinin hərbi müxbiri Rostislav Juravlev Ukraynada müharibə zonasında öldürülüb.

meqale.com APA-ya istinadən bildirir ki, bu gün Zaporojya vilayətinin Vasilyevka şəhərindən Vladimirovka yaşayış məntəqəsinə gedən avtomobilin atəşə tutulması nəticəsində RİA Novosti-nin müharibə müxbiri Rostislav Juravlev ölüb, agentliyin daha bir hərbi müxbiri Konstantin Mixalçevski müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı jurnalist xəstəxanaya yerləşdirilib.