Viktor Orban ABŞ-Çin toqquşmasının anonsunu verdi
Beynəlxalq ictimaiyyət Çin ilə ABŞ arasında münaqişə təhlükəsi ilə üz-üzədir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu fikri şənbə günü Macarıstanın baş naziri Viktor Orban Transilvaniyadakı universitetlərdə yay tələbə düşərgəsində çıxış edərkən deyib.
Macarıstanın M1 telekanalı tərəfindən nitqi yayımlayan hökumət başçısı deyib: "Qlobal tarazlıqda indiyədək heç vaxt belə sürətli tektonik sürüşmə olmayıb".
Onun sözlərinə görə, "Çin ayıldı" və bundan xoşu gəlməyən ABŞ-ı ötməyə başladı. "Həmişə dünyanın zirvəsində olmaq cazibədar bir fikirdir, lakin həyatın həqiqəti budur ki, dünyada daimi qaliblər və məğlublar yoxdur", - deyə Orban bildirib.
Bununla bağlı o qeyd edib ki, beynəlxalq siyasətdə "bir nömrəli böyük dövlət"in mövqelərini itirərək arxa plana çəkildiyi çox təhlükəli məqam gəlib çatıb:
"Bu gün biz (ABŞ və Çin arasında) növbəti münaqişəyə yaxınlaşdığımızın şahidiyik".