Yerimədiyi deyilirdi, gəzintidə belə görüntüləndi - FOTO
70 yaşlı Hollivud ulduzu Bryus Uillis demensiya xəstəliyi ilə mübarizə aparmasına baxmayaraq, sahil boyunca gəzintidə görüntülənib.
meqale.com-ın xəbərinə görə, aktyor baxıcısının əlindən tutaraq addımlayıb və gəzinti zamanı tez-tez gülümsəyib, əhvalının yaxşı olduğu diqqət çəkib.
Qeyd olunur ki, əvvəlki məlumatlara görə, səhhətindəki problemlər səbəbindən Uillis müəyyən müddət yerimək, danışmaq və oxumaqda çətinlik yaşamışdı.